Türkiyədə minimum əmək haqqı 30 faiz artırılıb.
Türkiyədə 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvədə olacaq minimum əmək haqqı xalis 22 min 104 lirə (1065 AZN) olaraq təyin edilib.
"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan açıqlama verib.
Yeni minimum əmək haqqı rəqəmi ilə hər minimum əmək haqqı alan şəxs üçün dövlət tərəfindən işəgötürənlərə verilən minimum əmək haqqı dəstəyi isə 700 lirədən 1000 lirəyə qaldırılıb.