RU

Suriyadakı hadisələrin qaynar nöqtəsi: Əməvi məscidi

Suriyanın paytaxtında yerləşən Əməvi məscidi zəngin tarixə malikdir. Məscid İslam tarixində xüsusi yer tutur və olduqca böyükdür.

Tarixi VII-VIII əsrə gedib çıxan dini abidə bir müddət xrtistianlar tərəfindən kilsə kimi, sonra xristianlar və müsəlmanlar tərəfindən ortaq, daha sonra müsəlmanlar tərəfindən məscid kimi istifadə edilib.

Məscid bir çox mənfi hadisələrə - müharibələrə, zəlzələlərə və yanğınlara şahidlik edib. Belə hadisələr nəticəsində bir neçə dəfə təmir olunub. Məscidin sonuncu dəfə təmiri Osmanlı hökmdarı II Əbdülhəmid tərəfindən etdirilib. Buna səbəb yanğın olub.

Müasir dövrdə Əməvi Məscidi

Yaxın Şərqdə başlayan ərəb baharı 2011-ci ildə Suriyaya da çatdı. Dəməşqdəki etirazların ilk qığılcımları Əməvi Məscidində alovlandı. 2011-ci ilin 15 martında 40-50 nəfərlik qrup məscidin qabağında hökümət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib. Bu dövrdən məscid,artıq hər cümə günü potensial etirazların mərkəzlərindən birinə çevrilib. 

Hökumət etiraz aksiyalarının qarşısını almaq üçün məscidin ətrafında geniş tədbirlər həyata keçirdi. Cümə namazlarında iştirak məhdudlaşdırıldı. 

2012-ci ildə silahlı müqavimət başladı. Bu dövrdən məscid daha fərqli məna kəsb etməyə başlayıb. Müxalif qüvvələr məscidi Dəməşqi ələ keçirməyin və hökuməti devirməyin simvolu olaraq görməyə başladılar.

“Əməvi məscidində namaz qılmaq” ifadəsi müxaliflərin əsas motivasiyalarından birinə çevrildi.

Lakin silahlı atışmalar Dəməşqdə davamlı olmadı. Məscid rejimin nəzarətindəydi. 2013-2015-ci illərdə Dəməşqətrafı ərazilərdə baş verən silahlı atışmalar zamanı məscidə ziyan dəydi.

Hökumət məscidi qorumaq bəhanəsi ilə məscid ətrafında təhlükəsizliyi artırdı. Bu dövrdə məscidin simvolik  əhəmiyyəti daha da artdı. Əsəd rejimi nəzarətində saxladığı məscidi leqallığının göstəricisi kimi görməyə başladı.

Müxaliflərin motivasiyası isə eyniydi: Əməvi Məscidində namaz qılmaq...

"Heyət Tahrir əş-Şam"ın İdlibdən başlayıb Dəməşqə qədər uzanan və Əsədin  devrilməsi ilə nəticələnən proseslər gözləri yenidən Əməvi Məscidinə çevirdi.  HTŞ lideri Məhəmməd əl-Colani Dəməşq ələ keçirildikdən sonra Əməvi Məscidinə getdi və namaz qıldı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tezliklə Dəməşqə gedəcəyi və Əməvi məscidində namaz qılacağı gözlənilir.

Избранный
7
modern.az

1Источники