RU

Suriyada xristianlar etiraza qalxdı

Suriyada xristianlar etiraza qalxdı.

News365  The Guardian-a istinadən xəbər verir ki, Dekabrın 24-də Suriyanın paytaxtı Dəməşqin mərkəzində yüzlərlə xristian etiraz aksiyasına qatılıb. Bu aksiyalar Suqaylabiyə şəhərində Milad ağacının yandırılmasına etiraz olaraq baş verib.

Milad ağacının yandırılması ilə bağlı video sosial şəbəkələrdə yayılıb. "Syrian Observatory for Human Rights " insan hüquqları təşkilatının məlumatına görə, ağacı xarici ölkələrdən olan "Ənsar ət-Tövhid" adlı radikal islamçı qrupun döyüşçüləri yandırıb.

Suriyada hazırda böyük ərazilərə nəzarət edən "Hayat Təhrir əş-Şam" (HTŞ) qrupunun lideri bu hadisə ilə bağlı video yayımlayaraq ağacı yandıranların cəzalandırılacağını və Milad ağacının bərpa ediləcəyini vəd edib.

Suriyada xristianlar əhalinin təxminən 10%-ni təşkil edir.Bildirilir ki, Bəşər Əsəd rejimi zamanı  xristianlar öz dinlərini sərbəst şəkildə icra edə bilirdi.

Qeyd edək ki, HTŞ əvvəllər İŞİD və "Əl-Qaidə" ilə bağlı bir qrup kimi tanınırdı. Lakin son illərdə radikal islamizm mövqelərindən uzaqlaşdığını  və Suriyada hakimiyyəti ələ keçirdikdən sonra HTŞ rəhbərliyi dini azlıqları qoruyacağını , onların hüquqlarını məhdudlaşdırmayacağını bildirib.

Səbinə Uğur, News365.az

Избранный
2
news365.az

1Источники