Olaylar.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
24 dekabrda Bayden qanun layihəsini imzalayaraq ABŞ qanunvericiliyinə düzəlişlər edib və ağbaş qartalı ölkənin rəsmi milli simvolu kimi təsdiqləyib.
Ağbaş qartalın təsviri ABŞ-nin 1782-ci ildə qəbul olunmuş Böyük möhüründə də yer alır. Möhürün dizaynına qartalın özü ilə yanaşı, zeytun budağı, oxlar, qalxan şəklində bayraq, ulduzlar bürcü və "E Pluribus Unum" ("Çoxdan biri") şüarı daxildir.
Məlumdur ki, 1782-ci ildə Konqres yırtıcı quşu milli rəmz kimi qəbul etsə də, ABŞ qanunlarına müvafiq dəyişikliklər etməmişdi. Bununla belə, ağbaş qartalın təsviri rəsmi sənədlərdən tutmuş ABŞ valyutasına qədər bir çox yerdə əks olunub.
Yalnız 2024-cü ildə Şimali Amerikada yaşayan bu yırtıcı quş rəsmi olaraq ABŞ-nin milli simvolu statusunu aldı.