RU

Azərbaycanda elektron satınalmaların ümumi məbləği 3 dəfədən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron satınalmaların ümumi məbləği 3 milyard 511,2 milyon manat təşkil edib.

“Far.Az” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

"11 ayda elektron satınalmalarda qənaət edilən vəsaitlərin məbləği isə 559,7 milyon manat olub. Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə edilib. Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub", - deyə məlumatda qeyd edilib.

Bundan başqa, Dövlət Xidməti bəyan edib ki, hesabat dövründə dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib. Müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlər cari ildə də davam etdirilib.

Yanvar-noyabrda satınalan təşkilatlardan müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1 270 müraciətə baxılıb, keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 790 yekun protokol (13,3 %) ləğv edilib.

Избранный
15
13
far.az

10Источники