RU

Silk Vey Vest Aviaşirkətinin istiqrazları PAŞA Kapital tərəfindən uğurla yerləşdirildi

Bakı. Trend:

23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında “PAŞAKapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu " Silk VeyVest Aviaşirkəti" MMC-nin 20 milyon ABŞ dolları dəyərindəistiqrazlarının hərracı uğurla baş tutmuşdur.

Nominal dəyəri 1000 ABŞ dolları olan Silk Vey VestAviaşirkətinin istiqrazlarının hərrac nəticələri aşağıdakıkimidir:

  • İnvestor sayı: 2 nəfər hüquqi, 11 nəfər fizikişəxs;
  • Ümumi sifariş sayı: 13;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərinsayı: 12;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərinhəcmi: 20 184 600 ABŞ dollar;
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilənsifarişlərin sayı: 1;
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilənsifarişlərin həcmi: 200 000 ABŞ dollar.

PAŞA Kapital vasitəsilə Silk Vey Vest Aviaşirkətinin tədavülmüddəti 3 il olan istiqrazlarını əldə edən investorlar rüblüködəniş əsasında illik 5.5%-dək gəlir qazanacaqlar.

İlin dollarda yüksək gəlirli son fürsəti kimi qiymətləndirilənbu istiqrazların hərracı zamanı nəticələrdən də göründüyü kimifiziki şəxslərin xüsusi aktivliyi qeydə alınıb. Bu və öncəkiistiqraz layihələri də yerli kapital bazarlarında fiziki şəxslərininvestisiya imkanlarına marağının davamlı olaraq artdığınıgöstərir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Избранный
3
2
az.trend.az

3Источники