RU

Noyabrda əhalinin əmanətləri 57 milyon manat artıb

 Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,6 faizi və ya 35,192 mln. manat.

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozit portfelinin 60,6 faizi (21 milyard 332 milyon manat) hüquqi şəxslərin, 39,4 faizi(13 milyard 859 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 Fiziki şəxslərin əmanətlərinin 65,2 faizi (9,034 mlrd. manat) milli valyutada, 34,8 faizi (4,825 mlrd manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,4 faizi (8,371 mlrd manat) müddətli əmanətlərdən ibarətdir.  Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0,7 faiz və ya 56,6 mln. manat artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 15,833 mlrd manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,2 fasizi təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0,1 faiz bəndi azalaraq 34,1% təşkil etmişdir.

Избранный
4
modern.az

1Источники