RU

"Mançester Yunayted"in qərarı klubun işçilərini şoka saldı

style='margin-bottom:10px;'>

Bir neçə gün əvvəl ev oyunlarını keçirdiyi "Olt Trafford" stadionunda gəmiricilər aşkarlanan “Mançester Yunayted” bu dəfə yeni bir mövzu ilə gündəmə gəlib.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 

"Qırmız şeytanlar"ın rəhbərliyi Milad bayramları ilə bağlı ənənəvi şənlik keçirməmək qərarı qəbul edib. Klub Milad şənliyini ləğv edilib. Bunu baş direktor Omar Berrada birgə işçi iclasında təsdiqləyib.

"Mançester Yunayted"in qərarı klub işçilərini o qədər şoka salıb ki, komandanın kapitanı Bruno Fernandeş rəhbərliyə Milad şənliyi keçirmək üçün bütün xərcləri öz üzərinə götürmək istədiyini bildirib. Lakin onun təklifi rədd edilib.

“Mançester Yunayted”in şənliyi ləğv etməklə təxminən 250 min funt-sterlinqə qənaət etdiyi qeyd olunub.  Lakin klub iddia edir ki, bu qərar maliyyə aspektinə görə deyil. Onlar bir çox insanların işdən azad edildiyi halda Yeni il şənliyi keçirməyin yersiz olduğunu düşünürlər. 

Qeyd edək ki, "Mançester Yunayted" bir müddətdir maliyyə xərclərini azaltmaq üçün işlər həyata keçirir. 

Избранный
12
teleqraf.com

1Источники