Minsk razılaşmalarını xatırladan Kelloq, keçmişdə də oxşar cəhdlərin edildiyini, lakin onların“iflasa uğradığını”deyib. O, əmindir ki, Tramp bu vəziyyətin bir daha təkrarlanmasına imkan verməyəcək.
“Prezident müttəfiqləri ilə, eləcə də Vladimir Putinlə münasibətlərin vacibliyini anlayır. O, bunu son çatıra biləcək adamdır və mən həqiqətən də bunu nisbətən yaxın gələcəkdə edəcəyinə inanıram”, - gələcək prezidentin gələcək xüsusi nümayəndəsi bildirib.
Xatırladaq ki, 2014-2015-ci illərdə əldə olunan Minsk razılaşmaları Donbassdakı vəziyyəti həll etmək üçün əsas tədbirləri müəyyənləşdirdi: atəşkəs, ağır silahların döyüş xəttindən çıxarılması və nizamlanmanın bir sıra siyasi prinsipləri.
Lakin 2022-ci il fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Moskvanın “Donetsk və Luqansk xalq respublikaları”nı tanımasından sonra Minsk razılaşmalarının artıq mövcud olmadığını açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski, öz növbəsində, bildirdi ki, o, razılaşmaların həllinə gətirib çıxarmayacağını və ölkənin suverenliyinin qorunub saxlanmasına zəmanət verməyəcəyini anladığı üçün onların icrasından imtina etmək qərarına gəlib. Zelenski həmin razılaşmaların Kiyevə zorla sırındığını iddia edib.
Maraqlıdır ki, Minsk sazişlərinin imzalanması prosesində iştirak etmiş Almaniyanın o vaxtkı kansleri Angela Merkel onlatrı“Ukrayna ordusunu gücləndirmək üçün ona vaxt vermək cəhdi” adlandırıb və Fransa prezidenti Fransua Olland da onunla razılaşıb. O vaxtdan bəri bu sözləri dəfələrlə şərh edən Rusiya hakimiyyəti heç kimin razılaşmaları yerinə yetirmək niyyətində olmadığını, Rusiyanın aldadıldığını və bunun vəziyyəti daha da gərginləşdirdiyini bildirib.
Tramp müharibənidərhal dayandırmaq istədiyini deyib |
Sahil İsgəndərov
AzVision.az