RU

Qarabağa 100 milyon manatdan artıq vəsait ayrılacaq

Qarabağ Dirçəliş Fondu 2021-ci ildə yaradılıb. Cəlb edilən ianələrin risksiz investisiya alətlərinə yatırılmasında maraqlıyıq.

Musavat.com xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu 2025-ci ildə işğaldan azad olunan ərazilərə 100 milyon manatdan artıq vəsait ayırmağa hazırdır:

"Biz daha fəal fazaya daxil oluruq. Fond əlavə vəsait mənbəyi kimi aktiv rol oynayacaq. Müşahidə Şurasına təqdim etdiyimiz büdcə layihəsinə əsasən, növbəti ildə əvəzsiz yardım kimi işğaldan azad edilən ərazilərə 100 milyon manatdan artıq vəsait ayırmağa hazırıq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
15
musavat.com

1Источники