RU

Qəzadan sonra Bakı aeroportunda yolka söküldü - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Ölkə.Az xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olduğunu açıqlayıb.

Hadisədən sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılmış yolkanın söküldüyü bildirilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Избранный
7
olke.az

1Источники