Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artaraq 25,219 (ilin əvvəlindən 7% və ya 1 650 əməkdaş) nəfər təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Onu da qeyd edək ki, oktyabr ayının sonuna bank işçilərinin sayı 25 066 nəfər olmuşdur.
30 noyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 200 olub.