RU

Quş sürüsünün səbəb olduğu təyyarə qəzaları

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya düşüb.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Hadisəyə səbəb kimi hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir.

Ümumiyyətlə, quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdəndir.

Bakıvaxtı.az quş sürüsü ilə toqquşma nəticəsində baş verən təyyarə qəzalarından bəzilərini təqdim edir:

Quş sürüsü ilə toqqquşma nəticəsində ilk təyyarə qəzası 1912-ci ildə ABŞ-də baş verib. Belə ki, təyyarəyə dəyən qağayı sürüsü idarəetmənin itməsinə səbəb olub və təyyarə qəzaya uğrayıb.

Quş sürüsünün səbəb olduğu ən böyük təyyarə qəzası da ABŞ-də olub. 1960-cı ildə Boston hava limanından qalxan L-188 təyyarəsi 2 dəqiqədən sonra sığırçın sürüsü ilə toqquşub. Mühərrikə girən quşlar təyyarənin Boston buxtasına düşməsinə səbəb olub.

67 sərnişin və 5 heyət üzvü olan təyyarədə 62 nəfər ölüb.

1962-ci ildə ABŞ-nin Merilend şəhəri yaxınlığında Vickers 745D Viscount təyyarəsi leylək sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb. Nəticədə 17 nəfər həyatını itirib.

1969-cu ildə Mahaçqala yaxınlığında havaya qalxmaq istəyən İl-14P təyyarəsinin mühərrikinə quş düşüb, pilot idarəetməni itirib və hava gəmisi dənizə düşüb. 17 nəfər ölüb.

ATRAN Hava Yollarına məxsus An-12 təyyarəsi 29 iyul 2007-ci ildə Domodedovo hava limanında havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Quş sürüsünün səbəb olduğu qəzada göyərtədə olan 7 nəfər həlak olub.

2019-cu il iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı quş sürüsünə çırpılması səbəbindən Xəzər dənizinə düşüb.

Qəzada təyyarənin pilotu Rəşad Atakişiyev dünyasını dəyişib.

Murad Məmmədli

Избранный
28
bakivaxti.az

1Источники