Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Ölkə.Az xəbər verir ki, qəzadan sonra yaralıların bir qismi Mangistau regional xəstəxanasına aparılıb.
Teleqram kanalları yaralıların görüntülərini yayıb.
Videodakı söhbət zamanı Azərbaycan dilində də danışanların səsləri eşidilir.