RU

Aktauda qəzadan sağ çıxanlardan biri məşhur alimin qızı imiş - FOTO

Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Həmid Bisliyevin qızıdır.

"Unikal" SHOT teleqram kanalına istinadən xəbər verir ki, 54 yaşlı Cəmilə Bisliyeva Aktauda “Embraer 190AR” markalı təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxa bilib.

Əbdül-Həmid Bisliyev 1991-ci il noyabrın 11- də yoldaşı, pedaqoji elmlər doktoru, professor, Çeçenistan Dövlət Universitetinin rektoru Viktor Abramoviç Kan-Kalikə kömək etdiyi üçün öldürülüb. Kan-Kalik və Bisliyev universiteti birlikdə tərk edərkən bir qrup silahlı şəxs rektoru tutaraq maşına mindirməyə çalışıb. Onları dayandırmağa çalışan Bisliyev avtomatdan açılan atəşlə qətlə yetirilib. 

Gülayə Mecid 

Избранный
227
5
unikal.az

1Источники