RU

Təyyarənin bortunda çoxlu sayda deşiklər aşkar edilib VİDEO

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılıb. 

Hadisə yerində olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova qəzaya uğramış təyyarənin bortu və quyruğunda çoxlu sayda deşiklər nümayış edilib. Bu dəliklər nə quşlardan, nə də yerə çirpilmadan əmələ gələ bilərdi. VİDEO

Qeyd etmək lazımdır ki, bu gen səhər Rusiya və Ukrayna mənbələri Çeçenistana və Qroznı şəhərinə dron hücumları haqda məlumat yaymışdılar. Dronlarla mübarizə həm də odlu silah vasitəsiylə həyata keçirilir. Təyyarə Çeçenistan üzərində güllə-borana tuş gələ bilərdi. Lakin Çeçenistsan rəhbəri Kadırov dumanlı hava haqda məlumat vermişdir.

Digər tərəfdən Xəzər dənizinin şimal-qərb sahilləri son zamanlar çox təhlükəli əraziyı çevrilib. Rusiya hərbi donanmasının "Dağıstan" və "Tatarıstan" raket gəmiləri məhz burdan Ukrayna ərazisinə raket hücumları həyata keçirirlər. Bunun nə qədər təhlükəli olması bir müddət əvvəl suitilərin kütləvi tələf olması sübut edir.

Rusiya-Ukrayna müharibəsi deyəsən ətraf dövlətlərə də nüfuz etməyə başlayıb.

Избранный
9
anspress.com

1Источники