RU

Kurskda rusların komanda məntəqəsi vurulub - VİDEO

Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiyaya aid 810-cu Əlahiddə Qvardiya Dəniz Piyada Briqadasının komanda məntəqəsinə hücum edib. 

“AzPolitika”xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, bu gecə Ukrayna tərəfi Kursk vilayətinin Lqov kəndində tərk edilmiş mülki binada yerləşən komanda məntəqəsinə zərbə endirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CPD) rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, nəticədə bir qrup Rusiya zabiti məhv edilib.

Lqovdakı hücumun nəticələrini əks etdirən video internetdə yayılıb. Rusiya rəsmiləri hücum nəticəsində 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, qaz kəmərinə, 12 avtomobilə və bir neçə evə ziyan vurulduğunu bildirib.

“AzPolitika.info”

Избранный
8
azpolitika.info

1Источники