Ajans.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, həkimlər onun xəstəliyi sağaltmaq şansını təxminən 50/50 olaraq qiymətləndirir. “Leykemiya geri qayıdanda dəhşətli olur. Son bir neçə həftə ərzində onun vəziyyəti 50/50 olub”, - Suriyanın keçmiş prezidentinin Moskvadakı ailəsi ilə əlaqə saxlayan mənbə qəzetə bildirib.
Əsmanın ona yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün ayrıca steril otaqda təcrid olunduğu dəqiqləşdirilib. Əsədin həyat yoldaşına başqa insanlarla eyni otaqda olmaq qadağandır.