RU

Ekspertdən qəza ilə bağlı fərqli versiya: O an…

Azal-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı nəqliyyat eksperti şərh verib.

Tribunainfo.az-a danışan ekspert Aslan Əsədov bildirib ki, ilkin versiya budur ki, təyyarə havada quş sürüsü ilə toqquşub və bu səbəbdən qəza baş verib.

Ekspertin sözlərinə görə, təyyarənin düşmə anına dair videoya baxdım. Aydın görünür ki, pilot ciddi səhvə yol verib.

“Səhv odur ki, təyyarəni sahilə yox, sahilə yaxın dənizə endirmək imkanı olub. Adətən peşəkar pilotlar belə məqamlarda quru əraziyə eniş etmirlər. Çünki bu zaman zərbə nəticəsində parçalanma və itkilər çox olur. Dənizə, xüsusən də sahilə yaxın su hövzəsinə eniş isə adətən təyyarənin parçalanma riskini azaltmaqla yanaşı yanğını da önləyir.

Qroznıdan Maxaçkalaya yönləndirilib. O da qəbul edə bilmədiyindən Aktau qərarı alınıb. Məncə, Zaqatala və ya Qəbələ daha yaxşı olardı. Amma biz təyyarədəki nasazlığı bilmirik. Soyuq və qarlı Qafqaz dağlarına düşməkdənsə, düzənlik daha doğru qərardır”.

Dəniz Pənahova

Избранный
21
tribunainfo.az

1Источники