RU

Dekabrın 31-dən yanvarın 2-dək gözlənilən hava proqnozu

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-9° isti olacağı proqnozlaşdırılır.

Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-11° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 4-7°-dək isti olacağı ehtimal edilir.

Qazax-Gəncə bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Balakən-Şəki bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı bildirilir. Havanın temperaturu gecə 0-4°, gündüz 5-10° isti olacaq.

Quba-Xaçmaz bölgəsinin bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturunun 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Dağlıq Şirvan bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi ehtimal edilir. Lakin dekabrın 31-i gecə və səhər bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11°, dağlarda gecə 1-3°, gündüz 3-6° isti olacağı ehtimalı var.

Избранный
17
49
sia.az

10Источники