RU

AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdən VİDEO

Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı ərazidə əməliyyat-istintaq tədbirləri davam edir.

Tribunainfo.az bildirir ki, bu barədə APA-nın hadisə yerindəki əməkdaşı xəbər verir.

Onun sözlərinə görə, ərazi xüsusi lentin köməyi ilə hasara alınıb və kənar şəxslərin hadisə yerinə daxil olmasına icazə verilmir.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.

Избранный
16
45
tribunainfo.az

10Источники