RU

"Yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur" - AZAL

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir:

"Hər hansı bir məlumat olan kimi vətəndaşlara məlumat veriləcək".

O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.

Избранный
5
13
adalet.az

10Источники