RU

AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Qazaxıstanın Tüpkaraqan Rayon Akimatının (yerli İcra Hakimiyyəti - red.) əmri ilə AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə Qazaxıstan KİV məlumat yayıb.

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə Fövqəladə Hallar Nazirliyinin kinologiya xidmətlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 482 nəfər, 97 ədəd texnika, 2 təyyarə və 10 kinoloji briqada iştirak edir", - Qazaxıstan FHN-dən bildirilib.

Qeyd olunur ki, FHN-in "Qaynar xətt"inə 571 müraciət daxil olub.

Videokonfrans vasitəsilə Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Mənbə: oxu.az

Избранный
15
45
oxu.az

10Источники