RU

Qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb - Qazaxıstan nəqliyyat naziri

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin 5 heyət üzvündən 3-ü sağ qalıb.

Day.Az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib.

Onun sözlərinə görə, qəza nəticəsində pilotların hər ikisi həlak olub.

 

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Избранный
8
50
day.az

10Источники