RU

Hökümənin ailəsi: "Bəlkə də onların içərisindədir"

Təyyarə qəzasında həlak olduğu ehtimal edilən, ekipaj üzvlərindən biri Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə şəhər sakinidir.

H.Əliyevanın atası Cəlil Əliyev bildirib ki, Azərbaycan Hava Yollarından ona başsağlığı veriblər.

“Təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də mənim qızım Hökümə Əliyevadır. O, 2016-cı ildən orada çalışırdı. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”, - C.Əliyev deyib.

H.Əliyevanın qardaşı Coşqun isə bacısının aqibəti ilə bağlı dəqiq məlumatı bilmək üçün Qazaxıstanda təyyarə qəzasında yaralanan şəxslərin aparıldığı xəstəxana ilə əlaqə saxlayıb:

Избранный
7
6
aznews.az

10Источники