RU

Çipsi paketlərində niyə bu qədər hava var?

Kənardan kartof çipsi paketini açanda onun daha çox hava ilə dolu olduğunu görürük. Amma bu havanın paketin daha böyük görünməsindən daha mühüm rolu var.Metbuat.az xəbər verir ki, paketdə olan hava yalnız görünüşü deyil, eyni zamanda cipslərin keyfiyyətini qorumaq üçün vacib rol oynayır. Adətən çips paketləri daşıma zamanı zədələnmədən qorumaq üçün hava ilə doldurulur. Bu hava bir növ hava yastığı kimi işləyərək məhsulun zədələnməsinin qarşısını alır. Xüsusilə, beynəlxalq daşınma zamanı təzyiq dəyişiklikləri cipslərin keyfiyyətinə təsir edə bilər.Maraqlıdır ki, paketlərin içindəki hava əslində adi hava deyil, azot qazıdır. Azot, oksigenlə reaksiya vermədiyi üçün cipslərin yumuşalmasının və dadının dəyişməsinin qarşısını alır. Bu qaz həmçinin qidanın uzun müddət təravətini qorumasına kömək edir.Bəzi tədqiqatçılar cips paketlərinə hava doldurmağın effektivliyini sual altına alıblar. Aparılan testlər göstərib ki, nəqliyyat zamanı cipslər yenə də qırılır. Bundan əlavə, bu paketlərin çox yer tutması daha çox yanacaq xərci və karbon emissiyalarının artması ilə nəticələnir.

Ən yaxşısı isə təzə kartof alıb evdə qızartmaq və ya sobada hazırlamaqdır. Bu üsul həm daha sağlamdır, həm də ətraf mühitə daha az təsir edir.

Избранный
17
metbuat.az

1Источники