RU

Təyyarədə olan bir azərbaycanlının taleyi naməlumdur

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.

Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Избранный
211
18
yenicag.az

10Источники