RU

Səmada əlbəyaxa dava - Təyyarə geri döndü

"Southwest Airlines" aviaşirkətinin sərnişinləri təyyarənin göyərtəsində dava salıb və uçuş qrafikini pozublar.

News24.az Teleqraf.com-a xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, dekabrın 23-də Amerikanın aşağı büdcəli təyyarəsi Arizona ştatının Feniks şəhərindən Ohayo ştatının Kolumbus şəhərinə uçurdu. Uçuşdan təxminən iki saat sonra iki sərnişin havada əlbəyaxa olublar. Buna görə də pilotlar hava limanına geri qayıdıblar. Davanın səbəbi açıqlanmayıb.


Избранный
2
2
news24.az

3Источники