Suriyada HTŞ, Suriya Milli Ordusu (SMO) və onları müşayiət edən silahlı qruplar tərəfindən devrilmiş Əsəd rejiminə bağlı qüvvələri Homs şəhərində Suriya keçid hökumətinə qarşı üsyan qaldırıb.
Suriya Daxili İşlər Nazirliyi Homs şəhərində küçələrə çıxaraq üsyana çağırış edən devrilmiş rejimin tərəfdarlarına qarşı əməliyyata başlayıb.
SMO Homs şəhərindəki təxribatların qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərib. Homs, Latakiya, Cebele və Tartus şəhərlərində səhərə qədər komendant saatı elan edilib.
Məlumatlara görə, Suriya Milli Ordusu qiyamı başlatan təxribatçıların ovuna başlayıb. Suriyanın bəzi şəhərlərində üsyana çağırış edərək təxribat xarakterli cəhdlər edən şəxslərdən birinin Livan vətəndaşı olduğu üzə çıxıb.
Paytaxt Şamda da Əsədin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verib. Paytaxtda baş verən qarşıdurmalarda 9 nəfər ölüb. Məlumata görə, toqquşma Tartus əyalətində Bəşər Əsədin zabitini tutmağa çalışan təhlükəsizlik qüvvələri ilə Əsədin tərəfdarları arasında olub.
Qeyd edilir ki, təxribatlar Suriya keçid hökumətinin İrana xəbərdarlıq etməsindən 24 saat keçməmiş şiə və xristian icmalarının küçələrə çıxması ilə başlayıb.
Hadisələrin İranın xarici işlər nazirinin təhdid xarakterli bəyanatlarından sonra başlaması diqqət çəkir. Nazir Əraqçı Suriyada gələcəkdə çox şeyin dəyişəcəyini deyib və bildirib ki, Suriyada qələbədən danışanlar hələ gözləməlidir. Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani isə İrana xəbərdarlıq edərək onları Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
TAHİR