RU

“Qərbi Azərbaycan – Qədim Tarixi Yurdumuz”: Tələbələr bu dəfə molbertin qarşısında dayanaraq İrəvana boylandılar

Dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan - Qədim Tarixi Yurdumuz” mövzusunda rəsm sərgisinin açılışı keçirildi. Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, şəhid ailələrinin üzvləri, AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak etdilər.


AzMİU-dan AzEdu.az-a bildirilib ki, açılış mərasimi ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və dekabrın 25-də Bakı- Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.


Tədbirdə çıxış edən rektor professor Gülçöhrə Məmmədova vurğuladı ki, Qərbi Azərbaycan bölgəsi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biridir. Bu sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirdi. Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov çıxışında Qərbi Azərbaycan torpaqlarında aparılmış deportasiya və soyqırımların acı nəticələrindən danışdı.


Tədbirdə şəhidlərimizin ailə üzvləri, o cümlədən I Qarabağ Şəhidi Həsənquliyev Şirindilin bacısı Nazlıxanım Həsənquliyeva və II Qarabağ Şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək öz ürək sözlərini bölüşdülər. Tədbirin sonunda sərginin rəmzi olan lent kəsildi və sərgiyə baxış keçirildi.

Избранный
7
4
azedu.az

5Источники