RU

Üç mindən çox dəmirağacı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Osakücə meşəbəyliyində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada Lənkəran şəhərinin rəhbərliyi, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Regional Meşə Təsərrüfat Mərkəzinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisələrin kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiyadan əvvəl şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir. Qeyd olunub ki, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməklə bağlı həssaslıq nümayiş etdirməsi olduqca vacibdir.

Yaşıllaşdırma aksiyası çərçivəsində 1 hektar ərazidə 3300 ədəd dəmirağacı tingi əkilib, onlara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.

XQ

Избранный
1
1
xalqqazeti.az

4Источники