RU

Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr Suriyanın yeni hakimiyyətinin on dörd təhlükəsizlik zabitini öldürüb

Suriyanın Tartus əyalətində devrilmiş diktator Bəşər Əsəd rejimini dəstəkləyən yerli qüvvələr ölkənin yeni hakimiyyətinin on dörd təhlükəsizlik zabitini öldürüb.

Editor.az “The Guardian”a istiandən xəbər verir ki, qurbanlar məşhur Sednaya həbsxanası ilə əlaqəsi olan zabiti həbs etməyə çalışarkən pusquya düşüblər. Nəşr qeyd edib ki, Tartus əyalətində toqquşmalar zamanı daha üç silahlı şəxs həlak olub. Suriyanın yeni daxili işlər naziri bu məlumatı təsdiqləyib və əlavə edib ki, Əsəd tərəfdarları daha 10 polis əməkdaşını yaralayıb.

Yerli sakinlər jurnalistlərə bildiriblər ki, nümayişlər ələvi azlığının üzvlərinə qarşı təzyiq və zorakılıqla əlaqələndirilib. Nəşr xatırladıb ki, onlar çoxdan Əsədə sadiq hesab olunurdular. Bundan əlavə, nəşr qeyd edib ki, sahilyanı Tartus və Latakiya şəhərlərində çoxminlik nümayişlər keçirilir. Onlara ələvilər rəhbərlik edir.

Suriyanın yeni hakimiyyət orqanları dekabrın 25-də devrilmiş Əsəd rejiminin bəzi nümayəndələrinin ölkənin sahil bölgəsində Daxili İşlər Nazirliyinin qüvvələrinə hücum etdiyini, nəticədə bir neçə nəfərin öldüyünü və yaralandığını bildirib.

//Samir Qurbanov, Editor.az

Избранный
22
21
editor.az

10Источники