RU

"Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarənin göyərtəsində defekt aşkar edilməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın "Embraer" təyyarə istehsalçısı şirkəti Aktaudakı təyyarə qəzası ilə əlaqədar açıqlama verib.
Oxu.Az xəbər verir ki, şirkət tərəfindən "Sputnik Qazaxıstan"a verilən açıqlamada qeyd olunur ki, şirkət tərəfindən aparılan araşdırma nəticəsində təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir defekt (nöqsan) aşkar edilməyib.
"Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq" - "Embraer"in açıqlamasında bildirilib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.
Избранный
18
50
oxu.az

10Источники