RU

Qəzaya uğrayan təyyarədə olan Qoşqarın nəşi bu gün ailəsinə veriləcək

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarədə olan sərnişinlərdən birinin Cəlilabad rayon sakini,  1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir. 

"Unikal"a bu barədə mərhumun yaxınları məlumat verib. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.

Məlumata görə, o, Qroznıda fəhlə kimi çalışırmış. Ailədə bir qardaş və bir bacı olan Q. Sadıqov subaydır.

Qeyd edək ki, dünənə qədər onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi.

Xəlil Əliyev

Избранный
43
50
unikal.az

10Источники