RU

Qardaş Azərbaycanın kədərini bölüşürük - Özbəkistan XİN rəhbəri

Bakı. Trend:

Bu gün Özbəkistan Respublikasının xarici işlər naziri BaxtiyorSaidov Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramova zəng vurub.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı qarşı tərəf, ötən günölkəmizin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauşəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistandövləti və xalqı adından başsağlığı verib.

Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr,yaralılara şəfa arzulayıb.

Özbəkistan Respublikasının qardaş Azərbaycan Respublikası ilə buçətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətəçatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıqifadə edilib.

Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçünağır bir gündə göstərilən dəsətəyə görə qardaş ÖzbəkistanRespublikasına təşəkkür edib.

Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlətkomissiyasının yaradıldığı, ölkəmizin müvafiq qurumlarının rəhbərşəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğubildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarətalanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumatverilib.

Избранный
16
24
az.trend.az

10Источники