RU

Qazaxıstanın baş naziri Azərbaycanın Astanadakı səfirliyində xatirə kitabına qeyd qoyub

Qazaxıstan Baş naziri Oljas Bektenov Aktau yaxınlığında AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Azərbaycanın Astana səfirliyində açılan xatirə kitabına qeyd qoyub.

Bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Bu çətin məqamda Qazaxıstan hökuməti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İtki ağrısını bölüşərək, təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı, Azərbaycan xalqına isə səbr diləyirəm. Biz qardaş Azərbaycana müvafiq yardım və hərtərəfli dəstək göstərəcəyik", - O.Bektenov qeyd edib.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazaxıstan hökumətinin başçısı daha əvvəl həlak olan qazaxıstanlıların yaxınlarına başsağlığı verib, həmçinin Azərbaycan, Rusiya və Qırğızıstanın zərər çəkmiş bütün vətəndaşlarına hərtərəfli dəstək göstərməyi tapşırıb.

"Aktau şəhərinə gələn həlak olmuş sərnişinlərin ailə üzvlərinə lazımi yardım göstərilir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.//Report

Избранный
4
50
musavat.com

10Источники