RU

Əsəd rejimi tərəfdarları Suriyada pusqu qurdu: 14 polis öldü

Suriyanın Tartus əyalətində devrilmiş Əsəd rejiminin ünsürlərinin yeni administrasiyanın təhlükəsizlik qüvvələrini pusquya salması nəticəsində 14 polis məmuru həyatını itirib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi açıqlama verib.
 
Hücum zamanı 10 polis əməkdaşının yaralandığı qeyd edilən açıqlamada ölkənin təhlükəsizliyini pozmağa və ya suriyalıların həyatını təhlükəyə atmağa cəsarət edən hər kəsə qarşı sərt tədbirlərin görüləcəyi bildirilib.

Belə ki, ötən gecə Suriyanın paytaxtı Dəməşqdə Əsəd tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verdikdən sonra Tartus ərazisində də bir sıra hadisələr baş verib. 
 
Gecə müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib. Sosial şəbəkələrdə ələvi ziyarətgahına hücum edildiyini iddia edən videonun yayılmasından sonra Tartus, Latakiya və Homsda insanlar küçələrə axışıb. 
 
Ölkənin müvəqqəti hökuməti devrilmiş rejimin ünsürlərinin "təxribatlar” təşkil etdiyi barədə bəyanat verib.
 
Nümayişlərdən sonra Homsda bir gecəlik komendant saatı elan edilib. Daxili İşlər Nazirliyi açıqlamasında görüntülərin noyabr ayında Hələbdə çəkildiyini və hücumun naməlum qruplar tərəfindən həyata keçirildiyini, dövlət rəsmilərinin dini saytları qorumaq üçün əllərindən gələni etdiklərini bildirib.
 
 

Избранный
6
21
7news.az

10Источники