RU

NATO Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Bakı. Trend:

NATO-nun sözçüsü Fərəh Daxlallah Qazaxıstanın Aktau şəhərindəbaş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar başsağlığıverib.

Trend xəbər verir ki, bubarədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Düşüncələrimiz və dualarımız AZAL aviaşirkətinə məxsus J28243reysinin qəzaya uğraması nəticəsində həlak olanların vəyaralananların ailələri ilədir. Zərərçəkənlərin tezlikləsağalmasını arzulayır və faciənin səbəblərinin ətraflıaraşdırılmasına çağırırıq”, – paylaşımda bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Избранный
10
47
az.trend.az

10Источники