RU

Lukaşenko və Putin regional məsələlərini müzakirə edib

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin dekabrın 25-də təkbətək görüş keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Dövlət başçıları eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Избранный
10
operativmedia.az

1Источники