RU

Baş məşqçinin oğlundan müqaviləni pozması istənildi

Son vaxtlar transfer bazarında fəallıq göstərən «Şamaxı» həm heyətini gücləndirməyə, həm də bəzi futbolçulardan yaxasını qurtarmağa çalışır.

Premyer Liqada qalmağı qarşısına məqsəd qoyan əyalət təmsilçisinin axır 1 ayda 5 nəfərlə yollarını ayırmasından xəbərdarsız.

İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariyadan sonra Ramin Əhmədovla Qurban Səfərov düşərgədən göndərilib.

«Şirlər» son olaraq Zahid Mərdəanova «gəl, müqaviləni pozaq» təklifi edib.

Gəncəli yarımmüdafiəçinin qarşıdakı günlərdə buradan getməsi şübhə doğurmur. Çünki ona daha oynamaq şansının olmadığı bildirilib.

Zahid 2 ildir «Şamaxı»nın sıralarındadır. 24 yaşlı orta sahə oyunçusu «Kəpəz»in əvəzedici heyətinin baş məşqçisi Xaliq Mərdanovun oğludur.

SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники