1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası "NOIRLab" Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.
Oxu.Az xəbər verir ki, fotolar "Noirlab" portalında yerləşdirilib.
Layihə çərçivəsində həmçinin 40 000 piksellə çəkilmiş gecə səmasının ən böyük şəkli paylaşılıb.
O, alman astrofotoqrafı Ekhard Slavik tərəfindən yaradılıb. Slavik bu fotonu çəkmək üçün Almaniyada Valdenburq, İspaniyada Tenerife və Las Palmas, Namibiya və Çili kimi planetin ən qaranlıq və ən təmiz səması olan yerlərindən istifadə edib.
Şəkillərin yaradılması üçün xüsusi texnikadan istifadə edilib. Hər bir panel iki dəfə - diffuzorlu və diffuzorsuz çəkilib ki, fotodakı ulduzlar mümkün qədər aydın və parlaq görünsün.