“ “Kapital bank, “Bank of Baku”, “Beynəlxalq bank”, “Unibank” və s. bu bankların heç biri 1-ci və 2-ci qrup əlillərə kredit vermirlər. Bəlkə də bu siyahını uzatmaq olar. Baxmayaraq ki, həmin şəxslər pensiya, təqaüd alırlar, bundan işləyənləri də var” Səbəb kimi də deyirlər ki, bizə Milli bank belə tapşırıb. Biz də bir neçə gözdən əlillər Milli Banka gedib, problem haqqında məlumat vermişik. Müraciətimizə cavab olaraq bankdan deyiblər ki, biz bu məsələni həll edib, məktub yollayacağıq”Bunu Moderator.az-a açıqlamasında şikayətçi Nazlı Əliyeva bildirib. O daha sonra bildirib ki, problem hələ də həllini tapmayıb:“Milli bankdan heç bir məktub yollamayıblar. Bu günlərdə yenidən banka kredit üçün müraciət etdim, fikirləşdim ki, bəlkə də problem həllini tapıb. Amma yenə də mənə kredit vermədilər. Halbuki mən özüm “Kapital bank”-dan əməkhaqqı alıram. Bütün insanların hüquqları bərabərdir. Əlil də bu ölkənin vətəndaşıdır. Bir neçə mağazadan kreditlə əşya götürmüşəm və vaxtlı-vaxtında ödəyirəm. Banklar isə heç cür kredit vermirlər. Sadaladığım problem təkcə gözdən əlillər üçün deyil, bütün fikizi məhdudiyyətli insanlara münasibət bu cürdür” deyə şikayətçi bildirib.Bu mövzu ilə bağlı son günlər sosial şəbəkələrdə də söz-söhbətlərə rast gəlirik. İqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a açıqlamasında bildirib ki, vətəndaşın əlillik dərəcəsi banklar üçün heç bir əhəmiyyət daşımır.“Bu məsələ nə qanunvericilikdə təsdiqlənir, nə də bankın daxili prosedurlarında nəzərdə tutulub. Sadəcə banklar vətəndaşa kredit verərərkən onların ödəmə qabiliyyətini nəzərə alırlar. Əlillərin gəlirləri aşağı olduğuna görə onlara zatən düşən kreditin həcmi də az olur. Mərkəzi bankın normativlərinə görə istehlak kreditləri vətəndaşın aylıq gəlirinin 40 faizindən çox ola bilməz. Əslində banklar belə deyək də əllərində çıraq həmin müştəriləri axtarırlar ki, kredit yükü, öhdəlikləri çox olmasın. Bu bankın ən sevimli və arzuladığı müştəri tipidir. Burada əsas nüans əlillərin gəlirlərinin çox aşağı olmasıdır. Gəlirlərin az olması zamanı bəzi məhdudiyyətlərin yaranması istisna edilmir. Əgər stabil əlillərin gəlir mənbələri varsa mən əminəm ki, heç bir bank kredit verəndə nə əlillik vəsiqəsini tələb edir, nə də başqa bir şey. Təkcə gəlir mənbəyi əlillik müavinətidirsə, bunu da bilirik ki, bu müavinətin həcmi böyük deyil. Avtomatik bank ona kiçik həcmli kredit verə bilir. Əlillərə münasibətdə bank ola bilsin ki, əlillərin statusunu, sosial vəziyyətini izah edərək sabah pulu ala bilməyəcəklərini nəzərə alır. Çünki bank sabah həmin şəxsi məhkəməyə verəndə qınaqlar başlanacaq, baş verəcək narahatlıqlar əvvəlcədən nəzərə alınır. Hətta bəzi banklarda xüsusi endirimlər və kampaniyalar mövcuddur. Əlil vətəndaşlara qarşı hansısa fərqli yanaşmaların olması yolverilməzdir” deyə ekspert bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта