RU

Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqaviləsi imzalanıb.

“Far.Az” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, qərargahı Bakıda yerləşəcək Birgə Müəssisə “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində və regionun enerji gələcəyinin formalaşdırılmasında mühüm addımdır.

Избранный
1
7
far.az

8Источники