RU

İlham Əliyev dövlət qurumunu ləğv etdi - SƏRƏNCAM

16:55 27.12.2024
16:55 27.12.2024

Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ləğv edilməsi və bununla bağlı məsələlərin tənzimlənməsi barədə sərəncam imzalayıb.

Mynews.az xəbər verir ki, sərəncama əsasən, Korporasiyanın bəzi əsas müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu müəssisələr aşağıdakılardır:

  • "Azərbaycan Alüminiumu" ASC;
  • "Azəralüminium" MMC;
  • "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC.

Sərəncama uyğun olaraq, Nazirlər Kabineti Korporasiyanın və onun tabeliyində olan digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirməli, normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı təkliflərini iki ay ərzində Prezidentə təqdim etməlidir.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayaraq iki ay müddətində dövlət başçısına təqdim etməlidir.


Избранный
1
40
mynews.az

10Источники