RU

Şuba salatı necə hazırlanır? - RESEPT

Şuba salatı necə hazırlanır? - RESEPT

Şuba salatı ("Şuba" adı rus dilində "palto" deməkdir) çox məşhur və dadlı qat-qat düzülən salatlardan biridir.

Qlobal.net bildirir ki, xüsusilə bayram süfrələrində tez-tez rast gəlinir. Əsas tərkibində duzlu balıq və tərəvəzlər olan bu salat həm doyumlu, həm də gözəl görünüşlüdür. Şuba salatının hazırlanma qaydasını addım-addım izah edəcəyik.

ƏRZAQLAR 

şüşə qabın ölçüsü-20-20sm.

Balıq filesi 

kartof-3ədəd(700qr.)

yumurta-5ədəd

kök-2ədəd - iri olsun(400qr).

çuğundur-2 ədəd orta(400qr.)

göy soğan-3dəstə

duz və istiot.

mayonez.

HAZIRLANMA QAYDASI:

Aşamdan tərəvəz və yumurtanı bişirin.

Marketlərdə hazır seledkanin filesi var satışda, olmasa, 2 eded selyödka alin, təmizləyin filesindən istifadə edin.

Qabı bir az bitki yağıyla yağlayın.

Bishmiş kartofu tyorkadan kecirib hamarlayın,bi raz duz və istiot vurun və bir az mayonez. 

Kartofun üstünə xırda doğranmış slyodkanı düzün, üstünə də yaşıl soğanin ağ başını xırda doğrayıb düzün kartofun üstünə.

Yumurtanı da tyorkadan keçirib, düzün soğanın  üstünə, duz və istiot vurub bir az mayonez çəkin.

Kökü tyorkadan kecirib hamarlayın.

Axırda gəlir cuğundurun növbəsi, onu da tyorkadan keçirin və kökün üstünə yığın, hamarlayıb ustune mayonez çəkəndən sonra, üstünü -2yumurtanin sarısı ilə və göy soğanla bəzəyin.


Fidan
Qlobal.net

Избранный
42
qlobal.net

1Источники