RU

Vəziyyət daha da GƏRGİNLƏŞİR: Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR – FOTO

“Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin Rusiya hava məkanında atəşə tutulması, qəzalı aviasiya vasitəsinin yaxınlıqdakı hava limanlarına enməyə icazənin verilməməsi, dənizə düşsün deyə Xəzər üzərinə yönləndirilməsi, bununla da cinayətin üstünün ötr-basdır edilməsi niyyəti dünya mediasının diqqət mərkəzindədir. “Euronews”la yanaşı, artıq “Reuters” də dörd mənbəyə istinadən bildirir ki, təyyarə Rusiya tərəfindən vurulub.

Həmin mənbələrdən biri Azərbaycan hökumət nümayəndəsidir. Adı açıqlanmayan mənbə bildirib ki, istintaq materialları təyyarənin Rusiyanın “Pantsir-S” Havadan Müdafiə Sistemi ilə vurulduğunu sübut edir.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Daha sonra isə xüsusi avadanlıqlarla təyyarənin elektron əlaqə sistemi sıradan çıxarılıb. Düzdür, heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf edəcəyini gözləyir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Onun sözlərinə görə, müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb: “Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya vurduqlarını heç zaman etiraf etməyib. Buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək? Tarixdə buna oxşar hadisə baş verməyib. Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir. Kremlin üzrüylə iş bitməyəcək. Mövzuya aidiyyatı olmasa da, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir. Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir”.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev də qeyd edib ki, “Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin Rusiyanın Qroznıdakı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması versiyası tam öz təsdiqini tapmaqdadır.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Onun sözlərinə görə, artıq Rusiyanın müxtəlif ekspertləri də bunu etiraf edirlər: “Belə bir kritik məqamlarda Rusiya Federasiyasının rəsmilərinin hadisəni etiraf etməməsi və Azərbaycandan üzr istəməməsi çoxsaylı suallar yaradır, vəziyyəti daha da gərginləşdirir. Üstəlik Mineralnıya Vodı şəhərinə uçan təyyarəmizə enişə icazə verilməməsi, hava məkanlarının blokalnması Rusiyanın müvafiq dövlət idarəçiliyi aparatının sanki ikiyə bölündüyü təsəvvürü yaradır. Vəziyyət Rusiyanın ikiyə parçalandığını, dövlətin qaranlıq lobbilərin əlində oyuncağa çevrildiyini, Kadırov kimi hərbi avtoritarların gücü ilə haçalandığını ortaya qoyur. Sanki Rusiyanı idarə edən gözəgörünməz bir güc var, Moskvanın mərkəzi hakimiyyəti kənarda qalıb, Çeçenistan rəhbərliyi özünü Rusiyanın sahibi və ya müstəqil dövlət institutu kimi aparır”.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Professor deyib ki, Ramzan Kadırov ortaya atılaraq, gah hiyləgərliklə Azərbaycana maddi kömək etmək, təzminat ödəmək və sair məsələləri qaldırır, gah da hadisədən təəssüflənməklə iz azdırır: “Kremlin başsağlığı yerinə, biz Çeçenistanın Rusiya adından hadisəni pulla, maddi yardımla “yola vermək” cəhdlərini görürük. Böyük sayda insan ölümünə səbəb olmuş bu faciəyə bu cür münasibət Rusiya kimi nəhəng dövlətə başucalığı gətirmir. Sözsüz ki, Azərbaycan Kadırovun və digər şəxslərin bu hərəkətlərini, qəbuledilməz siyasi davranışını rədd edir. Cənab Prezident İlham Əliyevin kəskin və qəti mövqeyi isə ortadadır, Rusiya ilə strateji müttəfiq olsaq belə, bu ağır cinayətin törədilməsində iştirakçı olanlar layiqli cəzasını almalıdır. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın dövlət başçısı prinsipial addımları ilə hadisəyə hüquqi qiymət verilməsini, cinayətin cəzasız qalmayacağını təmin edəcək”.

Vəziyyət daha da GƏRGİNLƏŞİR: <span style=color:red>Türkiyəli ekspertlər prosesə CƏLB OLUNDULAR - FOTO

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həyatını itirib, 29 sərnişin isə sağ qalıb. İlkin səsləndirilən versiya kimi təyyarənin quş sürüsü ilə toqquşması göstərilib.

Ərtürk İSMAYIL

Избранный
7
medianews.az

1Источники