RU

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi FOTO

Noyabr ayının 28-də Biləsuvar rayonunun Zəhmətabad kəndində şəhid Tağıyev Elçin Ağaqulu oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyninə başsağlığı verilmişdir.Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş şəhid Tağıyev Elçin Ağaqulu oğlu 1 iyul 1989-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil almışdır. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci il tarixində Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Tağıyev Elçin Ağaqulu oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Elçin Tağıyev ailəli olub 2 oğlu və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Zəhmətabad kənd küçələrindən birinə verilmişdir.Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
180
sesqazeti.az

1Источники