Rusiya Prezidenti Vladimir Putin Rusiyada ekstremizmə qarşı mübarizə strategiyasının yeni əsasnaməsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.
Strategiya 8 fəsildən ibarət 72 bənddən ibarətdir və təxminən 40 səhifəni əhatə edir.
Ümumi müddəalara əlavə olaraq, sənəd müasir Rusiyada ekstremizm təhdidlərinin əsas mənbələrinin qiymətləndirilməsini, habelə bu fenomenə qarşı dövlət siyasətinin məqsəd və vəzifələrini ehtiva edir.