RU

ÜST-dən QIZILCA XƏBƏRDARLIĞI

2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 43 faiz artıb (2021-ci illə müqayisədə).

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi feysbuk sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 faizdən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Həmçinin qeyd edilib ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər.

Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97 faiz effektivdir.

Избранный
647
21
bakivaxti.az

10Источники