İtalyan karabineri Krasnoyarsk qubernatoru Artem Ussun oğlunun ev dustaqlığından qaçması anını əks etdirən video yayımlayıb. Səs yazısına görə, Artem Uss qaçış təşkilatçılarından birinin müşayiəti ilə evdən çıxıb və dörd avtomobildən ibarət kortejdə Sloveniyaya gedib.
Editor.az xəbər verir ki, videoda martın 22-də qaçışda iştirak etdiyi iddia edilənlərdən biri Artem Ussun Milanın ətrafında yerləşən evinə girərək rusiyalı iş adamı ilə birlikdə çıxıb gedir. Kadrlarda Artem Uss qara geyinib və başını sviter köynəyi ilə örtür. İtaliya polisi iş adamını müşayiət edən 4 avtomobil görüb. Yerli KİV-in məlumatına görə, qrup elektron qolbaqdan gələn siqnalın qarşısını alan xüsusi qurğudan istifadə edib. Nəticədə qolbaq çıxarıldıqdan cəmi bir neçə dəqiqə sonra həyəcan siqnalı verib. “İl Foglio” qəzeti yazır ki, karabinyerlər Artem Ussun evinə “cəmi bir saat sonra” gəliblər və yanğınsöndürənlər ön qapını sındırmasından sonra evə daxil ola biliblər.
Qeyd edək ki, Artem Uss ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə 17 oktyabr 2022-ci ildə Milanda saxlanılıb. Amerika hakimiyyəti onu neft qaçaqmalçılığında, cəbhə şirkətləri vasitəsilə hərbi texnologiya ixrac etməkdə və çirkli pulların yuyulmasında ittiham edir. Dekabrın 2-də Artem Uss Milanın ətrafına ev dustaqlığına aparılıb.
Martın 21-də, qaçış ərəfəsində İtaliya məhkəməsi Artem Ussun ABŞ-a ekstradisiyasına qərar verib. Rusiyada Artem Uss çirkli pulların yuyulmasında şübhəli bilinərək qiyabi həbs edilib və federal axtarışa verilib. Aprel ayında iş adamı Rusiyaya qayıdıb. Burada onun barəsində seçilmiş həbs-qətimkan tədbiri getməmək barədə yazılı öhdəliyə dəyişdirildi.
//Samir Qurbanov, Editor.az